Orban miqrasiya paktının Avropada "üsyan" yaradacağı barədə xəbərdarlıq edib
Digər ölkələr
- 10 oktyabr, 2025
- 00:36
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Macarıstanın Baş naziri Viktor Orban Polşanın Avropa İttifaqının (Aİ) miqrasiya paktını tətbiq etməkdən imtinasının Avropada "üsyan"a çevriləcəyi barədə xəbərdarlıq edib.
"Report" xəbər verir ki, Orban bu barədə "X" sosial media hesabındakı paylaşımında bildirib.
O bildirib ki, Avropa dəyişir:
"Prezident Karol Navrocki Polşada miqrasiya paktını tətbiq etməyi rədd edir. Biz də bunu qəbul etmirik. İndi ikimizik. Əgər üçüncü ölkə də bizə qoşularsa, bu artıq üsyan olacaq".
Qeyd edək ki, Avropa İttifaqının (Aİ) miqrasiya paktına əsasən, əgər hansısa bir ölkə miqrantları qəbul etmək istəmirsə, onların hər biri üçün 20 min avro ödəməlidir.
Son xəbərlər
21:45
Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur
Din
21:37
Gürcüstan Çin - Qırğızıstan - Özbəkistan marşrutunda iştirakda maraqlıdır
Region
21:35
Pərviz Şahbazov: "Neft bazarının sabitliyi üçün tələb və təklif balansı mühümdür" – YENİLƏNİB
Energetika
21:25
Bəhreynin "Gulf Air" şirkəti Ər-Riyada uçuşları dayandırıb
Digər ölkələr
21:14
Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq
Energetika
21:06
Qrenlandiyada deputatların əksəriyyəti ABŞ ilə razılaşmanı dəstəkləyib
Digər ölkələr
20:55
"Liverpul"un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib
Futbol
20:54
Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb
Elm və təhsil
20:54
Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb
Elm və təhsil