OPEC+ Monitorinq Komitəsi neft bazarındakı vəziyyəti müzakirə edəcək

Digər ölkələr
  • 03 oktyabr, 2023
  • 23:28
OPEC+ Monitorinq Komitəsi neft bazarındakı vəziyyəti müzakirə edəcək

OPEC+ sazişində iştirak edən ölkələrin Nazirlərinin Monitorinq Komitəsi neft bazarındakı vəziyyəti təhlil etmək üçün çərşənbə günü toplanacaq. Görüş videokonfrans formatında keçiriləcək.

"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, bu dəfə yalnız OPEC+ monitorinq komitəsinin iclası keçiriləcək, o, adətən neft bazarındakı mövcud vəziyyəti qiymətləndirir və alyansın neft hasilatı siyasəti ilə bağlı tövsiyəni müəyyənləşdirir. Bununla belə, komitə zərurət yaranarsa, istənilən vaxt OPEC+-ın ümumi iclasını tələb edə bilər. Nazirlərin monitorinq iclasları indi iki ayda bir keçirilir.

"Bloomberg" OPEC+ nümayəndə heyətlərindəki mənbələrə istinadən xəbər verib ki, monitorinq komitəsinin alyansın hazırkı neft hasilatı planına dəyişikliyi tövsiyə etməsi inandırıcı görünmür.

Son xəbərlər

Bütün Xəbər Lenti