“Omikron” İrlandiyada sürətlə yayılır
Digər ölkələr
- 19 dekabr, 2021
- 14:52
Yeni növ koronavirus infeksiyasının “Omikron” variantı digərlər ştamları sürətlə üstələyərək İrlandiyada dominant olub.
“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, təkcə bu gün yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 5 124 yoluxma faktı qeydə alınıb, 436 xəstə xəstəxanaya yerləşdirilib, onlardan 107-si reanimasiya şöbələrindədir.
Nazirlik bildirib ki, yoluxanların təxminən 52 faizində “Omikron” ştamı aşkarlanıb.
“Koronavirusun omikron ştamının İrlandiyada dominant olması üçün cəmi iki həftə lazım oldu ki, bu da yalnız bu variantın nə qədər yüksək ötürücü olduğunu göstərir”, - məlumatda deyilir.
Son xəbərlər
14:31
Lerikdə kişi bədbəxt hadisə nəticəsində ölüb
Hadisə14:29
Laçında 90-a yaxın şəxs özünüməşğulluq proqramına cəlb edilib
Sosial müdafiə14:27
Mərdəkanda dənizdə batan gəncin meyiti tapılıb
Hadisə14:15
"LANDAU Lions" Nicat Məmmədli ilə müqavilə müddətini uzadıb
Komanda14:07
Avqustda orta aylıq temperatur yüksək olacaq - AYLIQ PROQNOZ
Ekologiya14:01
"Kredit Servis" BOKT nizamnamə kapitalını azaldıb
Maliyyə14:01
SEPAH Yaxın Şərqdəki ABŞ hərbi obyektlərinə yeni zərbələr endirəcəyini vəd edir
Digər ölkələr14:00
Ukrayna PUA-larla Rusiyanın Taman limanına zərbə endirib
Digər ölkələr13:51