Omanda son sutka ərzində daşqınlar nəticəsində 5 nəfər həlak olub

Digər ölkələr
  • 23 mart, 2026
  • 13:37
Omanda son sutka ərzində daşqınlar nəticəsində 5 nəfər həlak olub

Omanda son sutkada güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində ən azı beş nəfər həlak olub.

"Report"un "Reuters"ə istinadən verdiyi məlumata görə, bu barədə hakimiyyət orqanları məlumat verib.

Mülki müdafiə və təcili yardım idarəsinin məlumatına görə, Barka rayonunda su axınları 10 sərnişini olan avtomobili özü ilə aparıb. Yeddi nəfəri xilas etmək mümkün olub, daha üç nəfərin cəsədi sonradan aşkar edilib.

Əl-Maabila rayonunda baş verən digər hadisədə isə iki nəfər avtomobilli daşqın suyunun aparması nəticəsində həlak olub. Onların cəsədləri də xilasedicilər tərəfindən tapılıb.

Hakimiyyət hadisələri ölkənin bir sıra regionlarını əhatə edən güclü yağıntılarla əlaqələndirir.

Qeyd olunur ki, Oman mütəmadi olaraq ekstremal hava şəraiti ilə üzləşir. Xüsusilə, 2024-cü ilin aprelində qəfil daşqınlar ən azı 20 nəfərin həyatına son qoyub və genişmiqyaslı su basmalarına səbəb olub.