Oman və İran Hörmüz boğazı vasitəsilə gəmiçiliyi bərpa edə bilərlər
- 26 iyul, 2026
- 04:47
Yeniliklərdən dərhal xəbərdar olun!
Oman və İran cari həftənin sonunadək Hörmüz boğazı vasitəsilə gəmiçiliyin bərpası barədə razılaşma imzalamağa yaxındır.
"Report" "Axios"a istinadən xəbər verir ki, bu barədə danışıqların gedişatı ilə tanış olan mənbə məlumat yayıb.
Qeyd olunub ki, təklif olunan razılaşmanın qəbul edilməsi ilə bağlı yekun qərar ABŞ Prezidenti Donald Trampdan asılıdır.
Oman Hörmüz boğazından keçid üçün rüsumların tətbiq edilməsinə qarşı çıxıb, eyni zamanda gəmiçilik şirkətlərinə təhlükəsizliyin təmin edilməsi üzrə könüllü xidmətlərin göstərilməsi imkanını istisna etməyib.
Xatırladaq ki, iyulun 14-də Tramp Hörmüz boğazının İran gəmiləri istisna olmaqla bütün dəniz gəmiləri üçün açıq olduğunu bildirib. Onun sözlərinə görə, İrana gedən istənilən gəmi ABŞ-ın dəniz blokadası ilə üzləşəcək.