UKMTO: Oman yaxınlığında daha bir tanker hücuma məruz qalıb

Digər ölkələr
  • 01 avqust, 2026
  • 10:31
UKMTO: Oman yaxınlığında daha bir tanker hücuma məruz qalıb

Xəsəbdən (Oman) 21 dəniz mili şimal-şərqdə daha bir tanker hücuma məruz qalıb.

"Report" xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.

"Tankerin kapitanı gəminin bilavasitə yaxınlığında partlayış müşahidə etdiyini bildirib. Hazırda gəminin zədələnməsi barədə məlumat daxil olmayıb. Səlahiyyətli orqanlar tərəfindən araşdırmalar aparılır. Gəmilərə bu ərazidən keçərkən ehtiyatlı olmaları və hər hansı şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat vermələri tövsiyə olunur", - məlumatda deyilir.

Oman sahillərində tanker hücuma məruz qalıb.

"Report" xəbər verir ki, bu barədə bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) məlumat yayıb.

Mərkəzin məlumatına görə, insident Oman sahillərindən 11 km şimal-şərqdə baş verib.

"UKMTO Limadan (Oman) 11 km şərqdə ticarət gəmisi ilə bağlı insident haqqında məlumatlar alıb. Məlumatlarda qeyd olunub ki, tanker maşın şöbəsini zədələyən mərmi ilə vurulub. Hakimiyyət orqanları araşdırma aparır", - bəyanatda bildirilib.