BMT-nin missiyası “Azov”çu əsirlərin qətliamı ilə bağlı hadisəni araşdırmağa başlayıb

Digər ölkələr
  • 04 avqust, 2022
  • 06:20
BMT-nin missiyası “Azov”çu əsirlərin qətliamı ilə bağlı hadisəni araşdırmağa başlayıb

BMT-nin missiyası Olenivkada Ukraynanın “Azov” alayının Rusiyaya əsir düşən 50 döyüşçüsünün həlak olması, 75 nəfərin isə yaralanması ilə baş verən hadisə ilə bağlı araşdırmalara başlayıb.

“Report” “Röyters”ə istinadən xəbər verir ki, bu barədə BMT Baş katibi Antonio Quttereş bildirib.

Onun sözlərinə görə, hadisəni araşdırmaq üçün həm Rusiya, həm də Ukraynadan BMT-yə müraciətlər daxil olub.

Qeyd edək ki, iyulun 29-da gecə saat 2-də Ukraynanın Donetsk vilayətinin işğal altındakı Olenivka qəsəbəsində 120 saylı islah koloniyası partladılıb. Nəticədə Ukraynanın “Azov” alayının əsir düşən 50 döyüşçüsü həlak olub, 75 nəfər yaralanıb.