​Obama: "Türkiyə Fətullah Gülənin ekstradisiyasının zəruriliyini təsdiq edən sənədləri ABŞ-a təqdim etməlidir"

Digər ölkələr
  • 22 iyul, 2016
  • 17:54
​Obama: Türkiyə Fətullah Gülənin ekstradisiyasının zəruriliyini təsdiq edən sənədləri ABŞ-a təqdim etməlidir

Bakı. 22 iyul. REPORT.AZ/ Türkiyə Fətullah Gülənin ekstradisiyasının zəruriliyini təsdiq edən müvafiq sənədləri ABŞ-a təqdim etməlidir.

"Report"un məlumatına görə, bu barədə ABŞ prezidenti Barak Obama bildirib.

"Türkiyə prezidenti və hökuməti əmindir ki, ABŞ-ın Pensilvaniya ştatında yaşayan Gülənin dövlət çevrilişinə cəhddə əli var. Mən prezident Ərdoğana dedim ki, onlar ABŞ ərazisindəki Gülən və ya başqası haqda sübutları bizə təqdim etməlidirlər" – deyə Obama Ağ Evdə Meksika prezidenti ilə keçirdiyi mətbuat konfransında deyib.

Ağ Ev rəhbəri əlavə edib ki, ekstradisiya barədə qərarı o deyil, Ədliyyə Nazirliyi və məhkəmə qəbul edir.