Obama həyat yoldaşı ilə Trampın andiçmə mərasimində iştirak edəcək

Digər ölkələr
  • 18 yanvar, 2017
  • 20:57
Obama həyat yoldaşı ilə Trampın andiçmə mərasimində iştirak edəcək

Bakı. 19 yanvar. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama ölkənin seçilmiş prezidenti Donald Trampın yanvarın 20-də keçiriləcək andiçmə mərasimində iştirak edəcək.

"Report" xəbər verir ki, bunu o, ABŞ prezidenti qismində keçirdiyi sonuncu mətbuat konfransında deyib.

"Andiçməyə gəldikdə isə mən və həyat yoldaşım Mişel orada olacağıq", - deyə Obama bildirib.

Lakin Barak Obama konqresmenlərin Trampın andiçmə mərasimini boykot etməsinə münasibət bildirməyib.