NZZ: NATO müharibənin yeni reallığına gec uyğunlaşa bilər
- 07 iyul, 2026
- 04:04
Yeniliklərdən dərhal xəbərdar olun!
NATO-nun Ankarada keçiriləcək sammiti, pilotsuz texnologiyaların xarakterini sürətlə dəyişdiyi müasir müharibənin yeni reallıqlarına alyansın hazırlığına dair şübhələr fonunda baş tutacaq.
"Report" xəbər verir ki, bu barədə İsveçrənin "Neue Zürcher Zeitung" (NZZ) qəzeti yazıb.
Nəşrin qiymətləndirməsinə görə, Ukraynadakı silahlı münaqişə nümayiş etdirib ki, bir hissəsi artıq süni intellekt elementlərindən istifadə edən pilotsuz aparatlar döyüş meydanında getdikcə daha böyük rol oynayır. Bu şəraitdə tankların, haubitsaların və iri hərbi bölmələrin tətbiqi onların həssaslığı səbəbindən daha az səmərəli olur.
Məqalə müəllifləri hesab edirlər ki, dronların inkişafı silahlanmaya ənənəvi yanaşmaların səmərəliliyini şübhə altına alır və NATO-nun müdafiə investisiyalarının prioritetlərini müəyyənləşdirərkən mümkün səhvlərə yol verdiyindən xəbər verir.
Qəzet həmçinin qeyd edir ki, hətta əhəmiyyətli texnoloji üstünlüyə malik olan ABŞ belə, müasir münaqişələr şəraitində bahalı silah sistemlərinin istifadəsi baxımından məhdudiyyətlərlə üzləşib.