Nyu-Yorkda konsert salonunda baş vermiş atışmada 3 nəfər yaralanıb, 1 nəfər ölüb

Digər ölkələr
  • 26 may, 2016
  • 04:05
Nyu-Yorkda konsert salonunda baş vermiş atışmada 3 nəfər yaralanıb, 1 nəfər ölüb

Bakı. 26 may. REPORT.AZ/ Naməlum şəxs reper T.I-nın Nyu-Yorkdakı Irving Plazada konseti zamanı salondakı insanlara atəş açıb. 

"Report"un məlumatına görə, bu barədə "Associated Press" agentliyi yerli polisə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə dünən yerli vaxtla saat 22:12-də baş verib.

Nəticədə üç kişi və bir qadın yaralanıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin başvermə səbəbləri haqda məlumat verilmir. Polis hadisəni törədən şəxsin axtarışına başlayıb.