Nyu-Yorkda keçirilən seçkilərdə 1969-cu ildən bəri ilk dəfə rekord sayda insan səs verib

Digər ölkələr
  • 05 noyabr, 2025
  • 08:00
Nyu-Yorkda keçirilən seçkilərdə 1969-cu ildən bəri ilk dəfə rekord sayda insan səs verib

Son yarım əsrdə ilk dəfə olaraq Nyu-Yorkda keçirilən bələdiyyə seçkilərində 2 milyon nəfər iştirak edib. Bu seçkilərin nəticəsində meqapolisin yeni meri müəyyənləşəcək.

"Report"un məlumatına görə, bu barədə şəhər seçki komissiyası "X" sosial şəbəkəsində paylaşım edib.

"Rəsmi olaraq bildiririk ki, 2 milyon səsə çatmışıq – bu, 1969-cu ildən bəri ilk dəfədir", – deyə bəyanatda qeyd olunub.

Nyu-Yorkda təxminən 8,5 milyon insan yaşayır. 2021-ci ildə keçirilmiş əvvəlki mer seçkilərində ümumi iştirak sayı 1,15 milyon nəfər olmuşdu.

Mer seçkisi ilə yanaşı, Nyu-York sakinlərinə bir neçə bələdiyyə vəzifəsi üzrə səs vermək, o cümlədən dairə prokuroru və şəhər şurasının üzvünü seçmək təklif olunub.

Son xəbərlər

Bütün Xəbər Lenti