Nyu-Yorkda BMT Baş Assambleyasının 72-ci sessiyasının ümumi müzakirələri başa çatıb

Digər ölkələr
  • 26 sentyabr, 2017
  • 08:18
Nyu-Yorkda BMT Baş Assambleyasının 72-ci sessiyasının ümumi müzakirələri başa çatıb

Bakı. 26 sentyabr. REPORT.AZ/ BMT Baş Assambleyasının 72-ci sessiyasının ümumi müzakirələri başa çatıb. 

"Report" BMT-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, müzakirələr zamanı yüzdən çox dövlət və hökumət başçısı, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyev, eləcə də xarici işlər nazirləri və nümayəndə heyətlərinin rəhbərləri çıxış ediblər.

"Çox sıx həftə yaşadıq. Bu tribunadan 196 çıxış edildi. Son 11 ildə ilk dəfə BMT Baş Assambleyasının ümumi müzakirələri zamanı quruma üzv dövlətlərin və müşahidəçi statusuna malik ölkələrin hamısının nümayəndəsi çıxış etdi", - BMT Baş Assambleyasının 72-ci sessiyasının sədri Miroslav Layçak bildirib.

Qeyd edək ki, ümumi müzakirələr sentyabrın 19-dan 25-dək davam edib. M.Layçak müzakirələrə yekun vuraraq bu günlər ərzində qaldırılmış məsələlərin qarşıdakı 12 ay ərzində BMT Baş Assambleyasının diqqət mərkəzində olacağını vurğulayıb.

M.Layçak bildirib ki, demək olar, bütün dövlətlərin nümayəndələri münaqişələrin qarşısının alınması, insan hüquqlarının müdafiəsi və qaçqın və köçkünlərin müdafiəsi üzrə beynəlxalq sistemin gücləndirilməsi üzrə səylərə daha çox diqqət ayırmağa çağırış edib.

44 filmi