Nyu-Cersidə baş verən atışma zamanı iki nəfər ölüb
Digər ölkələr
- 30 avqust, 2026
- 19:10
ABŞ-nin Nyu-Cersi ştatının Trenton şəhərində baş verən atışmada iki nəfər ölüb, doqquz sakin yaralanıb.
"Report" "NBC News"a istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.
Məlumata görə, naməlum şəxslər bazar gününə keçən gecə barbekü ziyafətinə toplaşan yerli sakinlərə atəş açıblar. Şahidlərin sözlərinə görə, tədbirdə 150-yə yaxın insan olub.
Hadisə yerinə polis, müstəntiqlər və tibb işçiləri cəlb edilib. Bütün zərərçəkənlər xəstəxanaya yerləşdirilib.
Bazar günü səhər tezdən polis hadisə yerindən təxminən iki mil aralıda yerləşən "Capital Health" Regional Tibb Mərkəzinin girişini mühasirəyə alıb. Atışma zamanı mərkəzin yaxınlığında park edilmiş avtomobilə də ziyan dəyib.
İş üzrə istintaq davam edir.
Son xəbərlər
03:02
"Fox News" İranın İordaniyadakı Amerika hərbçilərinə hücumu barədə məlumat yayıb
Digər ölkələr02:45
Adriatik dənizin İtaliya sahillərində yaxta yanıb
Digər ölkələr02:12
Böyük Britaniyanın beynəlxalq axtarışa verdiyi şəxs İstanbulda tutulub
Region01:44
Tramp Kanada şirkətlərinə bizneslərini ABŞ-yə köçürməyi təklif edib
Digər ölkələr01:16
SEPAH sözçüsü: ABŞ-nin PUA hücumu strateji səhvdir
Region00:39
İstanbulda avtobus qəzasında ölənlərin sayı artıb
Region00:10
SEPAH: ABŞ-nin Larak adasına hücumu cavabsız qalmayacaq
Region23:53
"Tasnim": ABŞ ordusu Larak adasına hücum edib, ölənlər var
Region23:37