NYT: Deportasiya edilmiş İran vətəndaşlarını daşıyan ikinci təyyarə ABŞ-dən yola düşüb

Digər ölkələr
  • 08 dekabr, 2025
  • 07:37
NYT: Deportasiya edilmiş İran vətəndaşlarını daşıyan ikinci təyyarə ABŞ-dən yola düşüb

ABŞ Vaşinqton və Tehran arasında əldə edilən razılaşmaya əsasən daha 50-yə yaxın İran vətəndaşını ölkədən çıxarıb.

"Report" xəbər verir ki, bu barədə "The New York Times" adı açıqlanmayan İran rəsmilərinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, İran vətəndaşlarını daşıyan təyyarə Arizona ştatındakı hava limanından yola düşüb. Hava gəmisi Misir və Küveytdə də dayanacaq.

Nəşrə görə, bu uçuş cari ildə baş tutan ikinci belə haldır. Təxminən 100 İran vətəndaşını daşıyan ilk təyyarə sentyabr ayında ABŞ-dən gedib.

"NYT" həmçinin iddia edib ki, təyyarədə İran vətəndaşları ilə yanaşı, Rusiya və ərəb ölkələri vətəndaşları da var və onlar Qahirədə dayanacaqda düşəcəklər. Qəzetin məlumatına görə, təxminən 2000 İran vətəndaşı ABŞ-dən deportasiya olunmağı gözləyir.

Son xəbərlər

Bütün Xəbər Lenti