Norveçdə ticarət mərkəzində atəş açan şəxs saxlanılıb
Digər ölkələr
- 08 dekabr, 2025
- 15:53
Norveç polisi paytaxt Oslonun ən böyük ticarət mərkəzində atəş açdığı ehtimal edilən şəxsin həbs edildiyi barədə məlumat yayıb.
"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, onun tək hərəkət etdiyi ehtimal edilir.
Şübhəli özü polisi çağırıb və daha sonra tavana atəş açıb.
"Atəş tavana açılıb. Onun insanlara zərər verməsi barəsində heç bir məlumat yoxdur", - polis əməkdaşı deyib.
Qeyd edilib ki, atəş tüfəngdən açılıb. Həmçinin ehtimal olunur ki, saxlanılan şəxsin üzərində idman dəyənəyi və bıçaq olub.
İnsident zamanı xəsarət alan olmayıb.
Son xəbərlər
13:16
Yenicag.az saytının 19 yaşı tamam olur
Media13:15
"Sabah" uşaq futbolunun inkişafına dəstək məqsədilə 10 milyon manatlıq maliyyə proqramı yaradacaq
Futbol13:09
Foto
Azərbaycan və Seneqal dövlət xidmətlərinin rəqəmsallaşdırılması üzrə birgə fəaliyyəti nəzərdən keçirib
İKT13:01
Foto
Quba Open 2026 – II Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib
Fərdi12:54
Argentinalı mütəxəssis Marselo Qalyardo Ekvador millisi ilə anlaşıb
Futbol12:53
Göyərtəsində Uitkoff və Kuşnerin olduğu biznes-jet Moskvaya gedib
Digər ölkələr12:35
Foto
Göygöldə Aqrar Biznes Festivalı və III Moruq festivalı başlayıb
ASK12:34
Azərbaycan Türkiyədən sement, şüşə və keramika idxalı xərcini avqustda 14 %-ə yaxın artırıb
Biznes12:34