Norveç Ukraynaya 269 milyon avrodan çox hərbi yardım ayıracaq

Digər ölkələr
  • 17 dekabr, 2025
  • 16:48
Norveç Ukraynaya 269 milyon avrodan çox hərbi yardım ayıracaq

Norveç Ukraynaya 269 milyon avrodan çox yeni yardım paketi ayıracaq.

"Report" xarici KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Jonas Qar Stere yarımillik yekunlara dair mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, yardım paketi F-16 qırıcıları üçün silah və sursatdan, həmçinin hava hücumundan müdafiə raketlərindən ibarətdir.

"Norveç bu avadanlıqları ABŞ-dən Ukraynaya dəstək proqramı çərçivəsində alır", - deyə Baş nazir bildirib.

Dövlət başçısının sözlərinə görə, Avropa Rusiyanın siyasətini dəyişdirmək üçün kifayət qədər gücə malik deyil və Ukrayna bilir ki, sülh prosesində ABŞ-nin iştirakı həlledicidir.

"Bu diplomatik işdə tərəflər təhlükəsizlik zəmanətləri məsələsində ən böyük irəliləyişə nail olublar. Tərəflər həmçinin Ukraynanın bərpası və iqtisadi inkişafı planı üzərində işlər görüblər. Və burada da əhəmiyyətli irəliləyiş əldə edilib. Həll olunmamış məsələ olaraq ərazilər qalır", - Jonas Qar Stere deyib.

Son xəbərlər

Bütün Xəbər Lenti