Nikaraquada Konstitusiyaya qismən dəyişikliklər ediləcək
- 28 iyul, 2026
- 05:16
Yeniliklərdən dərhal xəbərdar olun!
Nikaraquada Konstitusiyaya qismən dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsinin hazırlanması məqsədilə genişmiqyaslı məsləhətləşmələr başlayıb.
"Report"un məlumatına görə, bu barədə ölkənin Həmprezidenti Rosario Murilyo bildirib.
Onun sözlərinə görə, islahat yoxsulluqla mübarizə üzrə sosial proqramların həyata keçirilməsinə, eləcə də ölkədə sabitliyin və təhlükəsizliyin gücləndirilməsinə yönəlib.
Məsləhətləşmələr diplomatik korpusla başlayıb. Gələcəkdə müzakirələrə məhkəmə sistemi, ordu, polis, biznes nümayəndələri, investorlar, dini icmalar, dövlət qulluqçuları, tələbələr və digər ictimai qrupların nümayəndələri cəlb ediləcək.
Qeyd edək ki, bu təşəbbüs Prezident Daniel Orteqanın seçkilərin keçirilməsindən imtina etmək niyyəti ilə bağlı açıqlamasından sonra irəli sürülüb. Analitiklərin fikrincə, bu planların həyata keçirilməsi üçün ölkə Konstitusiyasına dəyişikliklərin edilməsi tələb olunacaq.