Nigeriyada körpü partladılıb, azı səkkiz nəfər həlak olub
Digər ölkələr
- 23 mart, 2026
- 19:31
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Nigeriyanın Niger ştatının Borqu rayonunda əldəqayırma partlayıcı qurğunun partlaması nəticəsində azı səkkiz nəfər həlak olub.
"Report" bu barədə yerli "The Sun Nigeria" qəzetinə istinadən xəbər verir.
Məlumata görə, partlayış körpünü dağıdıb. Həmin zaman körpüdə olan avtomobildəki yeddi sərnişin və sürücü hadisə yerində ölüb.
Partlayıcının terrorçular tərəfindən yerləşdirildiyi ehtimal edilir.
Niger ştatı polis idarəsinin rəsmi nümayəndəsi Vasiu Abiodun güc strukturlarının antiterror əməliyyatına başladığını bildirib.
Son xəbərlər
20:59
"Gəncə" FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub
Komanda
20:54
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb
Digər ölkələr
20:46
UEFA Çempionlar Liqası: "Sabah" - "Slaviya" oyunu başlayıb
Futbol
20:39
Zaqrebdə Azərbaycan-Aİ enerji əməkdaşlığı barədə məlumat verilib
Xarici siyasət
20:36
Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq
Sosial müdafiə
20:23
Tramp: ABŞ və Rusiya arasında dizel yanacağı üzrə razılaşma qlobal bazar üçün zəruridir
Energetika
20:06
Belçika səfiri Rusiya XİN-ə çağırılıb
Region
20:02
Türkiyədə narkotik vasitələrin dövriyyəsinə qarşı əməliyyatlarda 31 nəfər saxlanılıb
Region
19:50
Mikayıl Cabbarov: Azərbaycan və Türkmənistanın əməkdaşlığı Orta Dəhlizin səmərəliliyini artırır
Xarici siyasət