Nigeriyada göyərtəsində 32 nəfərin olduğu helikopter qəzaya uğrayıb

Digər ölkələr
  • 05 oktyabr, 2026
  • 18:21
Nigeriyada göyərtəsində 32 nəfərin olduğu helikopter qəzaya uğrayıb

Nigeriyanın cənub-qərbində göyərtəsində 32 nəfərin olduğu hərbi helikopter qəzaya uğrayıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Nigeriyanın aviasiya naziri Festus Keyamo bildirib.

Helikopter 25 sərnişin və 7 heyət üzvü daşıyırdı.

Nazirin sözlərinə görə, Ondo ştatının İgbokoda ərazisindəki hərbi dəniz bazası yaxınlığında düşən helikopterin qalıqları aşkarlanıb.

Axtarış-xilasetmə əməliyyatı davam edir.