Nigeriyada binanın çökməsi nəticəsində 9 nəfər həlak olub
Digər ölkələr
- 26 iyun, 2026
- 17:40
Nigeriyanın cənub-qərbindəki Laqos ştatında çökmüş üçmərtəbəli ticarət kompleksinin dağıntıları altından 9 nəfərin meyiti çıxarılıb, daha 27 nəfər xilas edilib.
"Report" xəbər verir ki, bu barədə "Xinhua" agentliyinə Laqos ştatının Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin daimi katibi Olufemi Oke-Osanyintolu bildirib.
Cümə axşamı səhər saatlarında Alakicada binanın çökməsindən sonra müxtəlif qurumların iştirakı ilə xilasetmə əməliyyatına başlanılıb.
Onun sözlərinə görə, xilasetmə qrupları dağıntılar altında qalanların tapılaraq təxliyəsi üçün gecə-gündüz çalışıblar. Dağıntılar altından çıxarılan yaralılar xəstəxanaya yerləşdiriliblər. İlkin məlumatlara görə, zərərçəkənlərin əksəriyyəti mağaza sahibləri və alıcılar olub.
Son xəbərlər
20:15
Azərbaycan səfiri Qazaxıstanın "Dostık" ordeni ilə təltif olunub
Xarici siyasət20:10
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
Region20:00
Türkiyənin 15 gəmisi Hörmüzü tərk edib
Region19:52
Lyayenin olduğu binanın kondisioner sistemi istidən sıradan çıxıb
Digər ölkələr19:45
Gürcüstan parlamentinin sonuncu iclasında deputatlar dalaşıb
Region19:30
Kadir İnanır vəfat edib
Hadisə19:11
ABŞ İran gəmisinin heyətini azad edib
Region19:00
Türkiyədə zavodda partlayış olub, ölən və yaralı var
Region18:50
Foto