Nigeriyada avtobusun qəzaya uğraması nəticəsində 20 nəfər ölüb
Digər ölkələr
- 30 yanvar, 2018
- 01:48
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 30 yanvar. REPORT.AZ/ Nigeriyanın paytaxtı Abuca yaxınlığında avtobusun iştirakı ilə baş vermiş yol qəzasında azı 20 nəfər həyatını itirib.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Sinxua" məlumat yayıb.
Qəza bazar günü axşam qeydə alınıb. Hadisə sürücünün idarəetməni itirməsi və yük maşınına dəyməsi nəticəsində baş verib. 16 nəfərlik tutumu olan avtobusda 30 sərnişin olub.
Polis nümayəndəsi Ömər İbrahimin məlumatına görə, qəzaya avtobusun həddindən artıq yüklənməsi səbəb olub. Onun sözlərinə görə, 17 nəfər hadisə yerində ölüb. 10 nəfər xəstəxanaya yerləşdirilib, onlardan da üçü sonradan keçinib.
Son xəbərlər
05:09
Ərəb koalisiyası husilərə qarşı mübarizədə Yəmən ordusuna dəstək vermək niyyətindədir
Digər ölkələr04:57
Fransada etirazçılar onlarla təhsil müəssisəsini yandırıb
Digər ölkələr04:14
Braziliyada prezident seçkiləri ikinci tura qalıb - YENİLƏNİB-2
Digər ölkələr03:51
İran rəsmisi: ABŞ konqres seçkilərini keçirənədək hərbi münaqişəyə girməyəcək
Region03:27
WSJ: ABŞ bütün bombardmançı təyyarələrini "Ferford" bazasından çıxarıb
Digər ölkələr02:57
Jezuş Ronaldonu Portuqaliya millisinə qaytarmağa hazır olduğunu bildirib
Futbol02:11
Norveç səfiri "Starlink" peyklərinə görə İran XİN-ə çağırılıb
Region01:42
Konqoda iki gəmi toqquşub, ölənlər var
Digər ölkələr01:11