Netanyahu: Tramp ABŞ-nin indiyə qədər olan bütün prezidentləri arasında İsrailin ən yaxın dostudur
Digər ölkələr
- 13 oktyabr, 2025
- 14:46
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Ağ Evin indiki başçısı Donald Tramp ABŞ tarixində bütün prezidentlər arasında İsrailin ən böyük dostudur.
"Report" xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu Knessetdə Trampın da iştirak etdiyi xüsusi iclasda çıxışı zamanı bildirib.
"Heç bir ABŞ Prezidenti İsrail üçün Trampdan daha çox iş görməyib", - B.Netanyahu bütün israilli girovların qaytarılmasına görə ABŞ liderinə təşəkkür edib.
B.Netanyahu bəyan edib ki, ABŞ Prezidenti Donald Tramp sülhə sadiqliyini nümayiş etdirir. O qeyd edib ki, birgə səylərlə iki ölkə Yaxın Şərq regionuna sülh gətirə bilər.
"Biz bunu əvvəllər də etmişik. Biz bunu artıq İbrahim sazişlərində etmişik və yenə də edəcəyik", - Baş nazir vurğulayıb.
Son xəbərlər
07:48
Yaponiyada ABŞ ilə birgə "Keen Sword" təlimləri başlayıb
Digər ölkələr
07:21
Litva qiymətlər və miqrantlara görə sakinlərin xaricə kütləvi axını ilə üzləşib
Digər ölkələr
06:53
İranın XİN başçısı yeni hücum olacağı təqdirdə ABŞ-ni cavab tədbiri ilə hədələyib
Region
06:18
Tədqiqat: Bəzi fabrik məhsulları bağırsaq xərçəngi riskini azalda bilər
Sağlamlıq
05:42
Ukrayna Türkiyə, Misir və Hindistanla taxıl dəhlizinin yaradılmasını müzakirə edir
Digər ölkələr
05:05
Albaniyada etirazçıların polis bölməsinə hücumu nəticəsində on nəfər yaralanıb
Digər ölkələr
04:38
Mark Karni hərbi bazada partlayış nəticəsində hərbçilərin öldüyünü təsdiqləyib
Digər ölkələr
04:23
İtaliyada aksiyalar zamanı 160 etirazçı saxlanılıb
Digər ölkələr
03:48
SEPAH: Hörmüz boğazında tanker minaya düşüb
Region