Netanyahu: Qərb dövlətləri Tehranın qarşını almaqda acizdir
Digər ölkələr
- 26 fevral, 2015
- 01:14
Bakı. 26 Fevral. REPORT.AZ/ İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Qərbin İranın nüvə proqramı ilə bağlı siyasətini tənqid edib.
"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, tərəfdarları qarşısında çıxış edən Netanyahu bildirib ki, başda ABŞ olmaqla Qərb dövlətləri Tehranın qarşını almaqda acizdir.
"ABŞ və digər dövlətlər artıq İranın nüvə silahını əldə etməsinə mane olmaq istəmir", - deyən İsrailin Baş naziri, ölkəsinin bu proseslərə biganə qalmayacağını vurğulayıb.
Ağ Evin bu tənqidə reaksiyası da gecikməyib. ABŞ-ın vitse-prezidenti Co Bayden bildirib ki, B.Netanyahu İranla "altılıq" ölkələri arasında aparılan nüvə proqramı üzrə danışıqlar barəsində düzgün məlumata sahib deyil və bu səbəbdən də əsassız ittihamlarla çıxış edir.
Son xəbərlər
11:10
Maye qazdoldurma məntəqəsinin fəaliyyəti yenidən məhdudlaşdırılıb
Digər11:10
AMB iqtisadi artım proqnozlarını yeniləyib
Maliyyə11:08
Şamaxıda oğul atasını bıçaqlayıb
Hadisə11:06
Çolpon-Ata şəhərində İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə dövlət ziyafəti verilib
Xarici siyasət11:06
AZAL Tbilisi və İstanbula reyslərin sayını artırıb
İnfrastruktur11:04
Rusiya Dnepropetrovska zərbələr endirib, iki nəfər ölüb, üç nəfər yaralanıb
Region10:58
Foto
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib - YENİLƏNİB-2
Xarici siyasət10:52
Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək
Elm və təhsil10:48