Netanyahu israillilərə parlament seçkilərində dəstəyə görə təşəkkür etdi

Digər ölkələr
  • 24 mart, 2021
  • 00:02
Netanyahu israillilərə parlament seçkilərində dəstəyə görə təşəkkür etdi
Binyamin Netanyahu

İsrailin baş naziri Binyamin Netanyahu ölkədə martın 23-də keçirilmiş parlament seçkilərində rəhbəri olduğu partiyaya dəstəyə görə israilliləri təşəkkür edib.

“Report” xəbər verir ki, bu barədə baş nazir özünün tvitterdəki səhifəsində yazıb.

Baş nazirin sözlərinə görə, dəstək ölkədə onun başçılıq etdiyi "Likud" partiyasının haqlı qələbəsini təmin edib.

"İsrail vətəndaşları, təşəkkür! Siz haqlılara və mənim rəhbərliyim altında "Likud"a böyük qələbəni hədiyyə etdiniz. "Likud" (“exit poll”-da) digər partiyadan böyük fərqlə liderlik edir", - Netanyahu tvitterdə yazıb.

"Aydındır ki, İsrail vətəndaşlarının əksəriyyəti sağçıları dəstəkləyirlər, onlar güclü və sabit sağçı hökuməti istəyirlər", - o əlavə edib.

“Exit poll”un məlumatına görə, baş nazirin "Likud" partiyası martın 23-də Knessetə keçirilmiş seçkilərdə qalibdir və parlamentdə 120 yerdən 31-ni əldə edə bilər.

Seçkilərin nəticəsinə görə parlamentdə yerlərin sayı üzrə ikinci yerdə müxalifət lideri Yair Lapidin "Eş atid" partiyası olacaq. Bu partiya 18 deputat mandatını qazanıb.

Qeyd edək ki, rəsmi nəticələr hələ açıqlanmayıb və bunlar yalnız “exit poll”un nəticələridir.