Netanyahu: İsrail İranın sursat istehsalı imkanlarının 70 %-ni məhv edib

Digər ölkələr
  • 05 aprel, 2026
  • 04:17
Netanyahu: İsrail İranın sursat istehsalı imkanlarının 70 %-ni məhv edib

İsrailin Baş naziri Benyamin Netanyahu İranın neft-kimya sənayesinə genişmiqyaslı zərbələr endirildiyini təsdiqləyib.

"Report"un məlumatına görə, bununla bağlı açıqlama Netanyahunun "X" sosial şəbəkəsindəki səhifəsində yayılıb.

"Sizə söz vermişdim ki, Tehranda (hakimiyyət orqanlarına - red.) mübarizəmizi davam etdirəcəyik və hazırda məhz bunu edirik. Onların sursat istehsal potensialının 70 %-ni məhv etdikdən sonra bu gün onların neft-kimya zavodlarına hücum etdik", - o bildirib.

Netanyahu İsrailin Silahlı Qüvvələrinin İranın enerji obyektlərini məhv etməyə davam edəcəyini söz verib.

Daha əvvəl ABŞ və İsrailin İranın Huzistan əyalətindəki Mahşəhr limanındakı xüsusi neft-kimya zonasına endirdiyi zərbələr nəticəsində beş nəfərin öldüyü bildirilib.