Netanyahu HƏMAS-ı Trampın Qəzza ilə bağlı sülh planını rədd edəcəyi təqdirdə hədələyib
Digər ölkələr
- 29 sentyabr, 2025
- 23:41
Əgər HƏMAS ABŞ lideri Donald Trampın təklif etdiyi Qəzza sülh planının şərtlərini rədd edərsə və ya həyata keçirə bilməsə, İsrailin özü bu işi bitirəcək.
"Report"un "Sky News"a istinadən verdiyi xəbərə görə, bunu İsrailin Baş naziri Binyamin Netanyahu Vaşinqtonda Trampla birgə mətbuat konfransında bildirib.
"Bunu həm asan, həm də çətin yolla etmək olar. Biz hər kəsə bunu sülh yolu ilə etmək şansı veririk", - o bildirib.
Netanyahu xəbərdarlıq edib ki, əgər HƏMAS planı rədd edərsə, yaxud qəbul edib, sonra faktiki olaraq ona qarşı çıxarsa, İsrail işi özü yekunlaşdıracaq:
"İsrail hərbi məqsədlərinə çatmalıdır, çünki ölkə bu dəhşətli mübarizəni aparıb, gənclərimizin ən yaxşılarını qurban verib ki, HƏMAS Qəzzada qalmasın".
Son xəbərlər
08:36
Tailandda məktəbdə atışmada iki müəllim həlak olub, onlarla insan yaralanıb
Digər ölkələr08:18
Foto
Bakıda beş istiqamətdə tıxac müşahidə olunur
İnfrastruktur08:09
Biləsuvarın bir sıra ərazilərində işıq olmayacaq
Energetika07:39
Almaniya Şimali Koreyanın ballistik raket buraxılışını pisləyib
Digər ölkələr07:19
Finlandiya bataqlıq ərazilərin bərpasını müdafiə strategiyasının bir hissəsi kimi nəzərdən keçirir
Digər ölkələr06:47
Braziliyada təyyarə qəzası ilə bağlı "Voepass"ın 16 əməkdaşına ittiham irəli sürülüb
Digər ölkələr06:23
Argentinada Konqresin qarşısında keçirilən etiraz aksiyasında beş nəfər xəsarət alıb
Digər ölkələr05:54
"Meta" uşaqların əqli sağlamlığına dəyən zərərə görə 567 milyon dollar ödəməli olacaq
Digər ölkələr05:17