Netanyahu BMT-də İsrailin əleyhinə səs verən ölkələrin səfirlərini iclasa çağırıb

Digər ölkələr
  • 25 dekabr, 2016
  • 10:12
Netanyahu BMT-də İsrailin əleyhinə səs verən ölkələrin səfirlərini iclasa çağırıb

Bakı. 25 dekabr. REPORT.AZ/ İsrailin baş naziri Binyamin Netanyahunun göstərişi ilə BMT Təhlükəsizlik Şurasında yəhudi dövlətindən Fələstin torpaqlarında məskənsalma siyasətinə dərhal son qoymağı tələb edən qətnamənin lehinə səs verən ölkələrin səfirləri iclasa çağırılıb.

"Report" xəbər verir ki, bu barədə İsrailin hökumət rəhbərinin dəftərxanasına istinadən TASS məlumat yayıb.

"Söhbət İsrail ilə diplomatik əlaqələri olan üç dövlətdən gedir", - deyə məlumatda bildirilir.

44 - Tezliklə