Nepalda təyyarə qəzasına görə yanvarın 16-sı matəm elan edilib

Digər ölkələr
  • 15 yanvar, 2023
  • 10:16
Nepalda təyyarə qəzasına görə yanvarın 16-sı matəm elan edilib

Nepal hökuməti "Yeti" Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar 16 yanvar gününü matəm elan edib.

"Report" xəbər verir ki, bu barədə Nepalın “The Kathmandu Post” qəzeti məlumat yayıb.

Qeyd edək ki, "Yeti" Hava Yollarına məxsus təyyarə Katmandu-Poxara reysi ilə hərəkət edib. Təyyarədə 72 nəfər, o cümlədən 53 Nepal və 15 xarici vətəndaş olub.