Nepalda 3 günlük matəm elan edilib
Digər ölkələr
- 28 aprel, 2015
- 05:21
Bakı. 28 aprel. REPORT.AZ/ Aprelin 28-də Nepal hakimiyyəti zəlzələ nəticəsində ölənlərin xatirəsinin yad edilməsi məqsədi ilə 3 günlük matəm elan edib.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda Nepal hökuməti məlumat yayıb.
Daxili işlər naziri Bam Dev Qautam deyib ki, yaralı və ölənlərin axtarışı müəyyən vaxt aparacaq: "İmkanlarımız çox məhduddur. Biz belə miqyasda fəlakətə hazır deyildik".
Nazirin sözlərinə görə, Sindxupal, Rasuva və Qorkha rayonlarının əlçatmaz kəndlərində hələ də axtarış-xilasetmə işləri aparılmayıb.
Xatırladaq ki, aprelin 25-də Nepalda 7,9 bal gücündə zəlzələ olub. Təbii fəlakət nəticəsində 4 mindən çox insan ölüb, 7 minə yaxın insan müxtəlif dərəcədə xəsarət alıb.
Son xəbərlər
23:09
İstanbulda tramvaylar toqquşub, 9 nəfər xəsarət alıb - YENİLƏNİB
Region23:03
OFAC "Serbiya Neft Sənayesi" üçün lisenziyanı sentyabrın 30-dək uzadıb
Digər ölkələr22:51
Azərbaycan millisi Avropa çempionatının 1/8 finalında Türkiyə ilə qarşılaşacaq
Komanda22:42
Əraqçi: İran mehriban qonşuluq münasibətləri istəyir
Region22:23
Nvidia-nın bazar dəyəri bir gündə 442 milyard dollar artıb
İKT22:08
Məmməd Əhmədzadə etimadnaməsinin surətini Belçika XİN-ə təqdim edib
Xarici siyasət21:56
Foto
Türkiyənin iki vilayətində meşə yanğınları baş verib
Region21:38
Müctəba Xameneinin müraciəti yayılıb
Region21:29