NATO-ya üzv dövlətlərin müdafiə nazirləri bu gün Brüsseldə toplanacaq

Digər ölkələr
  • 10 fevral, 2016
  • 07:47
NATO-ya üzv dövlətlərin müdafiə nazirləri bu gün Brüsseldə toplanacaq

Bakı. 10 fevral. REPORT.AZ/ Bu gün Brüsseldə NATO-ya üzv dövlətlərin müdafiə nazirlərinin toplantısı keçiriləcək.

"Report" xəbər verir ki, bu haqda Gürcüstan KİV-i məlumat yayıb.

Məlumata görə, toplantıda Türkiyə sərhədlərində monitorinqin aparılması, Suriya və İraqdan qaçqın axını, üzv ölkələrin təhlükəsizliyi kimi məsələlərin müzakirə ediləcəyi gözlənilir.

Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli NATO-ya üzv olan ölkələrin müdafiə nazirlərinin iclasında iştirak edəcək. 

Qeyd edək ki, Gürcüstan təşkilatın üzvü deyil. 

44 - Tezliklə