NATO Rumıniyada iki hərbi baza yerləşdirəcək
Digər ölkələr
- 24 iyun, 2015
- 10:38
Bakı. 24 iyun. REPORT.AZ/ Rumıniyada NATO-nun iki bazası - Alyans Qüvvələrinin İnteqrasiya Mərkəzi və "Cənub-Şərq" çoxmilli diviziyasının qərargahı yerləşdiriləcək.
"Report" xəbər verir ki, bu haqda TASS məlumat yayıb.
Məlumata görə, bu gün Rumıniya parlamenti məsələ ilə bağlı uyğun qərar qəbul edib.
Qərara əsasən, NATO-nun Rumıniya və Bolqarıstandakı hərbi komandanlığını da koordinasiya edəcək qərargah 2016-cı ildə açılacaq.
Qeyd edək ki, bu həftə parlament ölkə prezidenti Klaus Yohannisin təqdim etdiyi yeni milli müdafiə strategiyasını da təsdiqləyib. Həmin sənəddə ABŞ və NATO, qonşu dövlətlər, bütövlükdə Avropa ilə əməkdaşlığın dərinləşdirilməsi öz əksini tapıb.
Son xəbərlər
22:16
Goranboyda baş verən yol qəzasında 2 qardaş xəsarət alıb
Hadisə21:50
ABŞ ordusu Hörmüz boğazında bir gecədə 28 gəmini məhv edib
Digər ölkələr21:45
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
İncəsənət21:40
UEFA Millətlər Liqası: Azərbaycan – Litva oyunu Gəncədə yox, Bakıda keçiriləcək
Futbol21:29
"Şamaxinka"dan Biləcəriyə gedən yolun eniş hissəsi bağlanacaq
İnfrastruktur21:22
ABŞ İrana kömək edən ölkələrə qarşı sanksiya tətbiq edəcək
Digər ölkələr21:19
Foto
Fərid Qayıbov ötən ay beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb
Fərdi21:15
Azərbaycan millisi yoldaşlıq oyununda Qırğızıstan yığmasına uduzub
Futbol21:10