NATO-nun dəniz komandanlığının rəhbəri: Rusiyaya qarşı uzunmüddətli müharibəyə hazır deyilik

Digər ölkələr
  • 19 dekabr, 2025
  • 12:32
NATO-nun dəniz komandanlığının rəhbəri: Rusiyaya qarşı uzunmüddətli müharibəyə hazır deyilik

NATO ölkələrinin silahlı qüvvələri uzunmüddətli müharibə aparmaq üçün hələlik kifayət qədər davamlılığa malik deyil.

"Report" "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Kral Donanmasının vitse-admiralı, NATO-nun Birləşmiş dəniz komandanlığının rəhbəri Mayk Atli bildirib.

O vurğulayıb ki, alyans ölkələri kiber təhdidlərdən hərbi əməliyyatlara qədər daha çətin döyüşlərə hazırlaşmalıdırlar.

Onun sözlərinə görə, NATO potensial baxımından Rusiyadan üstündür, lakin alyansın fasiləsiz döyüş əməliyyatları şəraitində bu üstünlüyü uzun müddət saxlaya biləcəyi fakt deyil.

"İstədiyimiz davamlılığa malikikmi? Düşünürəm ki, son 10 aydakı şərhlər göstərdi ki, xeyr, malik deyilik. Lakin ölkələr davamlılığımızı artırmaq üçün sərmayə qoymağa hazırdırlar", - deyə hərbçi qeyd edib.

Son xəbərlər

Bütün Xəbər Lenti