NATO-nun baş katibi: "Qanlı münaqişəyə görə məsuliyyəti Bəşşar Əsəd daşıyır"

Digər ölkələr
  • 02 dekabr, 2015
  • 00:46
NATO-nun baş katibi: Qanlı münaqişəyə görə məsuliyyəti Bəşşar Əsəd daşıyır

Bakı. 2 dekabr. REPORT.AZ/ Suriyada davam edən qanlı münaqişəyə və törədilən cinayətlərə görə məsuliyyəti birbaşa Bəşşar Əsəd və onun hakimiyyəti daşıyır. "Report" "İnterfaks" agentliyinə istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

Onun sözlərinə görə, Bəşşar Əsədin gələcək taleyi danışıqlar predmetidir və bu mövzu NATO səviyyəsində həll olunmur. 

Bununla belə Stoltenberq qeyd edib ki, 250 mindən çox insanın ölümünə səbəb olan münaqişənin həllini siyasi müstəvidə axtarmaq lazımdır.