MSK: "Özbəkistanda növbədənkənar prezident seçkilərində 4 namizədin 58 nümayəndəsi qeydə alınıb"
- 08 iyul, 2023
- 12:29
Yeniliklərdən dərhal xəbərdar olun!
"Özbəkistanda keçirilən növbədənkənar prezident seçkilərində 4 namizədin 58 nümayəndəsi qeydə alınıb".
“Report”un Daşkəndə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Özbəkistan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Zayniddin Nizamxocayev mətbuat konfransında deyib.
MSK sədri yekunda dörd nəfərin namizədliyinin təsdiqləndiyini bildirib. Bunlar Özbəkistan Xalq Demokratik Partiyasından İnoyatov Uluqbek İlyasoviç, Liberal Demokrat Partiyasından Şavkat Miromonoviç Mirziyoyev, “Adolat” Sosial Demokrat Partiyasından Mahmudova Robaxon Anvarovna, Özbəkistan Ekologiya Partiyasından Abduşükür Həmzəyevdir.
MSK rəhbəri bildirib ki, seçkilərin gedişini Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT), Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA) və İslam Əməkdaşlıq Təşkilatından (İƏT) olan müşahidəçilər izləyəcək.