Monteneqro NATO-ya qəbul edilib

Digər ölkələr
  • 19 may, 2016
  • 14:03
Monteneqro NATO-ya qəbul edilib

Bakı. 19 may. REPORT.AZ/ Monteneqronun NATO-ya daxil olması haqda protokol imzalanıb. "Report" xəbər verir ki, bu haqda UNİAN məlumat yayıb.

Protokolu NATO-nun rəhbərləri və Alyansa üzv dövlətlərin xarici işlər nazirləri imzalayıblar.

Sənəd quruma üzv dövlətlərin parlamentlərində təsdiqləndikdən sonra Monteneqro NATO-nun 29-cu üzvü olacaq.

"Müttəfiqlərimiz protokolu təsdiqlədikdən sonra Monteneqro Vaşinqton müqaviləsinə qoşulmağa dəvət ediləcək və Alyansın 29-cu üzvü olacaq", - deyə NATO-nun baş katibi Yens Stoltenberq təntənəli mərasimdə çıxışı zamanı vurğulayıb.