Moldovanın hakim partiyası baş nazir vəzifəsinə Tofanın namizədliyini irəli sürəcək
- 10 iyul, 2026
- 16:59
Yeniliklərdən dərhal xəbərdar olun!
Moldovada hakim Fəaliyyət və Həmrəylik Partiyası iyulun 11-də keçiriləcək məsləhətləşmələrdə Vasile Tofanın namizədliyini baş nazir vəzifəsinə irəli sürəcək.
"Report" Moldova mediasına istinadən xəbər verir ki, bu barədə parlamentin sədri və Fəaliyyət və Həmrəylik Partiyasının lideri İqor Qrosu bildirib.
"Biz Tofanla onun mövqeyini və fəaliyyət planını bir neçə saat müzakirə etdik. Şadam ki, bizim əsas məqsəd və dəyərlərimiz üst-üstə düşür - yaxın illərdə Avropa İttifaqına daxil olmaq, dövlət institutlarında islahatlar, iqtisadi artım, eləcə də bu dövrdə başlanmış mühüm islahatların həyata keçirilməsi", - Qrosu deyib.
Daha əvvəl xəbər verilmişdi ki, Moldova Prezidenti Maya Sandu yeni Nazirlər Kabinetinin formalaşdırılması üçün iyulun 10-u və 11-də baş nazir vəzifəsinə namizədliklə bağlı parlament fraksiyaları ilə məsləhətləşmələr aparacaq.