Moldova səfiri Rusiya XİN-ə çağırılıb
- 24 sentyabr, 2025
- 16:48

Moldovanın Moskvadakı səfiri Lilian Dari Kişineunun respublikada keçiriləcək parlament seçkilərində Rusiya müşahidəçilərinin akkreditasiyasından imtina etməsi ilə əlaqədar RF Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
"Report" xəbər verir ki, bu barədə XİN-dən bildirilib.
"Sentyabrın 24-də Moldova Respublikasının Rusiya Federasiyasındakı səfiri Lilian Dari Xarici İşlər Nazirliyinə çağırılıb. Moldova diplomatik missiyasının rəhbərinə ölkə hökumətinin Rusiya nümayəndələrinin ATƏT/DTİHB-in monitorinq missiyasının tərkibində qısamüddətli müşahidəçi qismində, eləcə də Rusiya Federasiyası İctimai Palatasının üzvlərinin sentyabrın 28-də Moldovada keçiriləcək parlament seçkilərində beynəlxalq müşahidəçi qismində akkreditasiyasından əsassız imtinası ilə əlaqədar qəti etiraz bildirilib", - məlumatda qeyd olunub.
"Kişineunun qeyd olunan hərəkətləri qarşıdan gələn seçkilərin legitimliyinə və səsvermə prosedurunun şəffaflığına olan inamı ciddi şəkildə sarsıdır", - XİN-də bəyan ediblər.