Moldova MDB-dən çıxır
Digər ölkələr
- 19 yanvar, 2026
- 22:20
Moldova MDB tərkibindən çıxmağa imkan verəcək əsas sazişlərin ləğvi proseduruna başlayıb.
"Report" xəbər verir ki, bu barədə "Radio Moldova"nın efirində ölkənin baş nazir müavini və xarici işlər naziri Mixay Popşoy bildirib.
"Moldova Müstəqil Dövlətlər Birliyində üzvlüyünün əsasını təşkil edən üç əsas sazişin - MDB Nizamnaməsi, MDB-nin yaradılması haqqında saziş və müvafiq əlavənin ləğv edilməsi proseduruna başlayıb", - nazir bildirib.
Onun sözlərinə görə, bu sazişlərin rəsmi olaraq ləğv edilməsindən sonra ölkə hüquqi olaraq MDB-nin tərkibindən çıxacaq.
"De-fakto olaraq təşkilatda üzvlük daha əvvəl dayandırılmışdı. Bu sənədlər yekun təsdiq üçün parlamentə göndəriləcək", - deyə Popşoy vurğulayıb.
Son xəbərlər
09:46
Ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb
Elm və təhsil09:43
Ötən gün 37 nəfər Almaniyadan Azərbaycana geri gətirilib
Xarici siyasət09:42
Roberto Martines Niderland yığmasının baş məşqçisi ola bilər
Futbol09:39
Foto
ADY: Naxçıvanın Ermənistanla sərhədindən ilk 7 kilometrlik sahədə tikinti işləri aparılır
İnfrastruktur09:37
İndoneziya sahillərində bərədə yanğın baş verib, 112 nəfər xilas edilib
Digər ölkələr09:29
XİN: Yüksək bilik və bacarığa malik gənclər dövlətin rifahına mühüm töhfələr verəcək
Xarici siyasət09:24
"Murov Az Terminal" Tamara Popiçlə müqavilə imzalayıb
Komanda09:21
"Everton" Kayl Uokeri transfer etmək istəyir
Futbol09:21