Modi ilə Bəhreyn Kralı İranın hücumlarını pisləyiblər
- 20 mart, 2026
- 20:05
Hindistanın Baş naziri Narendra Modi İranın Bəhreynin enerji infrastrukturuna hücumlarını pisləyib.
"Report" xəbər verir ki, Modi bu barədə "X"dəki hesabında yazıb.
"Bəhreyn Kralı Həməd bin İsa Əl Xəlifə ilə səmərəli müzakirə (telefon danışığı) baş tutub", - o qeyd edib.
Hindistanın Baş naziri Ramazan bayramı münasibətilə Bəhreyn kralı və xalqına təbriklərini çatdırandan sonra bölgədəki gərginliyə də münasibət bildirib:
"Regionundakı vəziyyəti müzakirə etdik. Enerji obyektlərinə hücumları pislədik".
Qeyd edək ki, ABŞ ilə İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb. Hava zərbələri nəticəsində İslam Respublikasının sabiq ali rəhbəri Əli Xamenei və onlarla vəzifəli şəxs öldürülüb. İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) cavab əməliyyatı kimi İsrailə hücum edib. ABŞ-nin Sudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Küveyt, Qətər, Omandakı hərbi bazaları SEPAH tərəfindən hədəf alınıb. Bu ölkələrin enerji infrastrukturu da İranın PUA hücumuna məruz qalıb.
Had a fruitful discussion with the King of Bahrain, His Majesty King Hamad Bin Isa Al Khalifa. Conveyed warm greetings on the occasion of Eid al-Fitr to him and the people of Bahrain.
— Narendra Modi (@narendramodi) March 20, 2026
We discussed the current situation in the West Asian region. Condemned attacks on the energy…