Misirin eks prezidenti Hüsnü Mübarəkə bəraət verilib

Digər ölkələr
  • 02 mart, 2017
  • 15:29
Misirin eks prezidenti Hüsnü Mübarəkə bəraət verilib

Bakı. 2 mart. REPORT.AZ/ Kassasiya Məhkəməsi Misirin eks prezidenti Hüsnü Mübarəkə bəraət verib. “Report” TASS-a istinadən bildirir ki, bu barədə Misirin Dövlət Televiziyası məlumat yayıb. 

Ölkənin ali məhkəmə qurumu keçmiş dövlət başçısının üzərindən 2011-ci il yanvar inqilabı günlərində etirazçıların öldürülməsi ilə bağlı bütün ittihamları götürüb. 

Bildirilib ki, bu son qərardır və şikayət oluna bilməz. 

Beləliklə, Hüsnü Mübarək barəsində bütün cinayət təqibləri dayandırılıb.