Misirdə qırıcı təyyarə qəzaya uğrayıb
Digər ölkələr
- 03 noyabr, 2018
- 14:43
Bakı. 3 noyabr. REPORT.AZ/ Misir Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus "MiQ-29M" qırıcısı təlim uçuşları zamanı qəzaya uğrayıb.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Təyyarəqayırma Korporasiyası məlumat yayıb.
"Bizdə Misir HHQ-nin "MiQ-29M" qırıcısının qəzaya uğradığı barədə təcili xəbər var. Yaxın vaxtlarda texniki mütəxəssislərimiz hadisənin araşdırılmasına köməklik göstərmək üçün Misirə yollanacaq", - deyə məlumatda qeyd olunur.
Qəzaya uğrayan təyyarə Rusiyanın 2018-ci ildə kommersiya müqaviləsi çərçivəsində Misirə göndərdiyi "MiQ-29M/M2" qırıcılarından biridir.
Pilotun katapult etdiyi bildirilir.
Bundan əvvəl İranın “Kowsar” tipli qırıcı təyyarələrin kütləvi istehsalına başladığı məlumat verilib.
Son xəbərlər
23:24
"Oasis"in səsyazma arxivi 2,2 milyon dollara hərraca çıxarılıb
Digər ölkələr23:01
İrlandiyada vətəndaşlıq almaq çətinləşdirilir
Digər ölkələr22:44
Ceffri Hinton: Güclü süni intellekt bəşəriyyətin yox olmasına səbəb ola bilər
İKT22:25
İran BAEA yoxlamaları üçün ABŞ hücumlarının dayandırılmasını tələb edib
Region22:19
Messi və Ronaldu Karlos Tevesin vida matçında eyni komandada meydana çıxacaqlar
Futbol22:04
Zelenski: ABŞ bu qış Rusiya ilə Ukrayna arasında danışıqları bərpa etmək istəyir
Digər ölkələr21:53
Gürcüstan və Koreya Orta Dəhlizin rolunu müzakirə edib
Region21:42
ABŞ Kubaya 178 milyard dollar zərər vurub
Digər ölkələr21:27