Misirdə Məhəmməd Mursinin tərəfdarlarından biri edam edilib
Digər ölkələr
- 07 mart, 2015
- 13:16
Bakı. 7 mart. REPORT.AZ/ Bu gün səhər saatlarında Misirdə hərbi çevriliş nəticəsində vəzifəsindən uzaqlaşdırılan prezident Məhəmməd Mursinin tərəfdarlarından biri edam edilib.
"Report" Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, bu barədə Misirin Daxili İşlər Nazirliyi rəsmi açıqlama yayıb.
Məlumatda bildirilir ki, İskəndəriyyə şəhərindəki binalardan birində uşaqları ataraq öldürməkdə şübhəli bilinən məhkum Mahmud Həsən Ramazan həbsxanada edam edilib.
Qeyd edək ki, 2013-cü ildə baş verən hadisədən sonra məhkəmə 2014-cü il mayın 19-da müttəhimlərdən Mahmud Həsən Ramazanı edam, 18 nəfəri də ömürlük həbs cəzasına məhkum etmişdi.
Xəbərdə M.Ramazanın "Müsəlman Qardaşları" təşkilatının üzvü olmadığı da qeyd olunub.
Son xəbərlər
01:10
SEPAH ABŞ-yə bağlı altı gəmini vurub - YENİLƏNİB
Region01:06
"Bloomberg": Amerikalıların əksəriyyəti süni intellekt data mərkəzlərinin tikintisinin əleyhinədir
Digər ölkələr00:43
Rusiya ordusunun Ukraynanın Çuquyev şəhərinə hücumu nəticəsində üç nəfər ölüb
Digər ölkələr23:54
Ağdamda traktor minaya düşüb
Hadisə23:48
Foto
"Baku TV" turistlərin Şuşanın tarix və təbiətinə ziyan vermələri ilə bağlı süjet hazırlayıb
Daxili siyasət23:37
İspaniya hökuməti Seutada vəziyyəti nəzarətə götürüb
Digər ölkələr23:01
Superliqa: "Beşiktaş" səfərdə "Fənərbağça"nı məğlub edib
Futbol22:45
İran XİN ABŞ-nin tankerlərə hücumunu qınayıb
Region22:26