Misirdə terror aktı nəticəsində 7 nəfər ölüb, 26 nəfər yaralanıb - YENİLƏNİB

Digər ölkələr
  • 09 aprel, 2019
  • 16:42
Misirdə terror aktı nəticəsində 7 nəfər ölüb, 26 nəfər yaralanıb - YENİLƏNİB

Misirin Sinay yarımadasının şimalında yerləşən Şeyx Zoveyd şəhərindəki bazarda törədilən partlayış nəticəsində 7 nəfər ölüb, 26 nəfər yaralanıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilir.

“Təhlükəsizlik qüvvələri tərəfindən bazar ətrafında keşik tədbirləri zamanı, təqribən, 15 yaşlarında olan intiharçı-kamikadze polis qüvvələrinin yaxınlığında özünü partladıb. Nəticədə ikisi zabit olmaqla 4 polis əməkdaşı, həmçinin 3 nəfər mülki şəxs ölüb, daha 26 mülki şəxs də xəsarət alıb”, - açıqlamada qeyd olunub.


*** 16:23

Misirin Sinay yarımadasının şimalında yerləşən Şeyx Zoveyd şəhərindəki bazarda terrorçu-kamikadze özünü partladıb.

Bu barədə "Report" "Al-Arabia" telekanalına istinadən xəbər verir.

Məlumata görə, terror aktı nəticəsində ölən və yaralananlar var.