Misirdə 7 nəfər ölüm cəzasına məhkum edilib
Digər ölkələr
- 06 dekabr, 2014
- 15:41
Bakı. 6 dekabr. REPORT.AZ/ Qahirə Cinayət Məhkəməsi Misir ictimaiyyəti tərəfindən “ikinci Rəfah qırğını” adı verilən iş üzrə keçirilən prosesdə 7 nəfəri ölüm cəzasına məhkum edib.
"Report"un xarici mətbuata istinadən verdiyi məlumata görə, onlar Sinay yarımadasının şimalında və Şərqiyyədə terror aktları törətmək, həmçinin bu il avqustun 19-da Rəfah şəhərində təhlükəsizlik qüvvələrinin 25 əsgərinin qətli ilə nəticlələnmiş hadisələrdə iştirak etməkdə və Əl-Qaidə terror təşkilatı ilə əməkdaşlıqda ittiham olunublar.
Bundan əlavə, üç nəfər ömürlük həbs cəzasına (25 il), 22 müttəhimin hər biri isə 15 il həbs cəzasına məhkum edilib. Məhkəmə müttəhimlərdən üç nəfərinə bəraət verib.
Son xəbərlər
19:18
Çin Şimal Dəniz Marşrutu ilə Avropaya həftəlik reyslərə başlayıb
Digər ölkələr18:53
Türkiyədə axtarışda olan şəxs Bakıda saxlanılaraq ölkəsinə qaytarılıb
Hadisə18:42
Türkiyədə nişana gedən mikroavtobus aşıb, 7 nəfər ölüb
Region18:37
İran iki fransalı diplomatı qanunsuz fəaliyyətdə ittiham edib
Digər ölkələr18:25
"Araz-Naxçıvan" rəhbərliyi mühüm qərarlar qəbul edib
Futbol18:14
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub - YENİLƏNİB
Fərdi18:10
İran Qətərdə qırıcıların qəzaya uğramasından sonra üç pilotun ələ keçirildiyini açıqlayıb
Region18:01
Dünya Qadın Seriyası: "Neftçi SOCAR" 1/4 finala vəsiqə qazanıb
Komanda17:49