Misir və BMT heyətləri WUF13-də iştiraka hazırlığı müzakirə ediblər
- 13 may, 2026
- 12:14
Yeniliklərdən dərhal xəbərdar olun!
Misirin mənzil inşaatı, kommunal xidmətlər və şəhər icmaları naziri Randa Əli Saleh BMT nümayəndələri ilə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştiraka hazırlığı müzakirə edib.
"Report" xəbər verir ki, bu barədə nazirliyin "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib.
"Mənzil inşaatı naziri ikitərəfli əməkdaşlığın bir sıra məsələlərini müzakirə etmək üçün BMT-nin Misirdəki daimi əlaqələndiricisi Yelena Panova ilə görüşüb. Tərəflər həmçinin WUF13-də iştiraka hazırlığı müzakirə ediblər", - məlumatda qeyd olunub.
Qeyd edək ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək. Forum Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində keçirilir və dayanıqlı şəhərsalma, "ağıllı şəhərlər" və innovativ şəhər həlləri sahəsində beynəlxalq təcrübə mübadiləsinə yönəlib.
وزيرة الإسكان تلتقي المنسقة المقيمة للأمم المتحدة في مصر لبحث عدد من ملفات التعاون المشتركة
— وزارة الإسكان والمرافق والمجتمعات العمرانية (@wzara_eleskan) May 13, 2026
الاجتماع يناقش الاستعدادات الخاصة بالمشاركة في المنتدى الحضري العالمي «WUF13» pic.twitter.com/Bul6ZP4y3H