Mileyin partiyası Buenos-Ayresdəki seçkidə böyük fərqlə məğlub olub
- 08 sentyabr, 2025
- 06:48

Səslərin 83 faizi sayılıb və Argentina Prezidenti Xavyer Mileyin Libertarian Partiyası Buenos-Ayresdə keçirilən əsas səsvermədə böyük fərqlə məğlub olub.
"Report" "Bloomberg"ə istinadən xəbər verir ki, bazar günü keçirilən vilayət seçkilərində sol meyilli Peronist müxalifət birinci yeri tutub – səslərin təxminən 47%-ni toplayaraq Mileynin Libertarian Partiyasını geridə qoyub. Mileinin partiyası isə səslərin 34%-ni toplaya bilib.
Buenos-Ayresdə keçirilən bu seçkilər peronistlərin onilliklərdir güclü olduğu bölgədə baş tutduğu üçün gələn ay keçiriləcək əsas seçkilər üçün mühüm göstərici kimi qiymətləndirilir. Miley bu seçkilərdə partiyasının konqresdəki azlıq statusunu gücləndirərək inflyasiyanı azaltmaq və dövlət aparatını kiçiltmək niyyətindədir.
Oktyabrda keçiriləcək seçkilərdə konqresin təxminən yarısı yenidən formalaşacaq.