​Milanda miqrantlarla polis arasında toqquşma baş verib

Digər ölkələr
  • 24 avqust, 2015
  • 23:13
​Milanda miqrantlarla polis arasında toqquşma baş verib

Bakı. 25 Avqust. REPORT.AZ/ İtaliyanın Milan şəhərində yüzlərlə miqrant polis ilə toqquşma yaradıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, 300-dən artıq mühacir işə icazə üçün vaxtından çox gözlədilməyə etiraz əlaməti olaraq yollardan birini bağlayıb.

Polis onları geriyə - qaçqınlar üçün nəzərdə tutulmuş düşərgəyə çəkilməyə məcbur edib.

Qeyd olunur ki, miqrantların əksəriyyəti Afrikadan gəlib.

Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, bu il İtaliyaya 100 mindən artıq miqrant gəlib.