Almaniya kansleri Ukraynada sülhə nail olunmasında ABŞ-nin dəstəyinə ümid edir

Digər ölkələr
  • 16 may, 2025
  • 13:14
Almaniya kansleri Ukraynada sülhə nail olunmasında ABŞ-nin dəstəyinə ümid edir

Almaniya kansleri Fridrix Merts Ukraynada müharibənin başa çatması məsələsində ABŞ-nin dəstəyinə ümid edir.

“Report”un Albaniyadan olan müxbirinin məlumatına görə, o, bunu Avropa Siyasi Birliyinin sammitindən əvvəl jurnalistlərlə söhbətində bildirib.

"Ümid edirəm ki, ABŞ tərəfinin dəstəyini qazana və avropalılarla birlikdə bu müharibənin başa çatmasına gətirib çıxaracaq həllərin tapılmasına töhfə verə biləcəyik", - kansler qeyd edib.

O, həmçinin deyib ki, bu gün keçiriləcək görüşdə Avropada iqtisadi siyasətin inkişafı və miqrasiya məsələləri müzakirə olunacaq.