Merts Almaniya hökumətində yeni təyinatlar barədə elan edib - YENİLƏNİB
- 24 iyul, 2026
- 14:10
Yeniliklərdən dərhal xəbərdar olun!
Almaniya Kansleri Fridrix Merts surroqat analıqla bağlı qalmaqalla əlaqədar Yens Şpanın XDS/XSS fraksiyasının rəhbəri postundan istefa verməsindən sonra hökumətdə həyata keçirmək qərarına gəldiyi kadr dəyişikliyi barədə elan edib.
"Report" Almaniya mediasına istinadən xəbər verir ki, bu barədə Merts mətbuat konfransında bildirib.
O qeyd edib ki, yaxın vaxtlarda hökumətin tərkibindəki digər dəyişikliklər barədə elan edəcək. Bu qərarlar "daha bir neçə gün, bəlkə də daha çox vaxt" aparacaq.
Bundan əvvəl XDS fraksiyanın baş katibi olmuş Karsten Linnemann səhiyyə naziri postunda Nina Varkeni əvəz edəcək. Varken isə kansler aparatının yeni rəhbəri olacaq. Hələlik Linnemannın yerinə kimin təyin olunacağı bəlli deyil.
Frits Güntsler nəqliyyat naziri postunda Patrik Şnideri əvəz edəcək.
Almaniya kansleri Fridrix Merts bu gün Nazirlər Kabinetində hökumət və XDİ/XSİ fraksiyası rəhbərliyindəki əsas vəzifələri əhatə edən kadr dəyişiklikləri həyata keçirəcək.
"Report" Almaniya mediasına istinadən xəbər verir ki, Merts bu barədə bu gün elan edə bilər.
Bazar günü kansler artıq genişmiqyaslı kadr dəyişiklikləri mümkünlüyünə işarə etmişdi.
"Bu, federal hökumətin tərkibini yenidən nəzərdən keçirmək üçün bir fürsət ola bilər", - o bildirib.
Medianın məlumatına görə, hazırkı səhiyyə naziri Nina Varkenin Federal Dəftərxanaya rəhbərlik edəcəyi və bu postu tutan ilk qadın olacağı gözlənilir.
Aleksandr Dobrindt Federal Daxili İşlər Nazirliyinin rəhbəri postunu qoruyub saxlayacaq.